» » Şagirdlərə sinif otağına telefonla girmək QADAĞA EDİLDİ

Şagirdlərə sinif otağına telefonla girmək QADAĞA EDİLDİ


Şagirdlər məktəbə ağıllı saat və telefonlar, həmçinin digər elektron cihazları məktəbə gətirməməli və dərs zamanı istifadə etməməlidirlər.

Axşam.az xəbər verir ki, bu, "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları"nda öz əksini tapıb.

Qeyd olunub ki, əgər müəllimlər şagirdlərin şəxsi elektron cihazlarından istifadə edəcəkləri dərs planlaşdırırsa, o zaman bunu ailələrə öncədən yazılı şəkildə bildirməli və cihazların təhlükəsiz şəraitdə saxlanmasını təşkil etməlidir.

Əgər valideyn/qanuni nümayəndə övladına təhlükəsizlik məqsədilə (məktəbə gəlib gedərkən əlaqə saxlamaq üçün) elektron cihaz verərsə o zaman ümumi təhsil müəssisəsi dərs gününün sonuna qədər bu cihazların təhlükəsiz şəraitdə saxlanılmasını təmin etməlidir.

Dərs müddətində elektron cihazlar şagirdlərə verilməməlidir.