» » Zelenski bu müğənnilərə sanksiya tətbiq etdi

Zelenski bu müğənnilərə sanksiya tətbiq etdi


Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynada doğulmuş, lakin Rusiyada işləyən müğənnilər Taisiya Povaliy, Ani Lorak və Anna Sedokova, həmçinin teleaparıcı Regina Todorenkoya qarşı sanksiyaların tətbiqi haqqında fərman imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, müvafiq sənəd dövlət başçısının saytında dərc olunub.

Qeyd olunur ki, sanksiyalar beş il müddətinə tətbiq edilib və aktivlərin bloklanması, lisenziya və icazələrin ləğvi, ticarətə qadağa və kapitalın Ukraynadan çıxarılması, Ukraynada özəlləşdirmə və icarə işlərində, torpaq alınmasında iştirak qadağası daxil olmaqla, 15 məhdudiyyət bəndini əhatə edir. 

Bundan başqa, adları çəkilən şou-biznes nümayəndələri Ukrayna dövlət mükafatlarından da məhrum ediləcəklər.