» » Hiss-dən “Mars”da “Unuduram”!

Hiss-dən “Mars”da “Unuduram”!


Müğənni Hiss yeni trekini təqdim edib. Gənc ifaçı bu dəfə “Unuduram” mahnısını ekranlaşdırmaq qərarına gəlib.

starxeber.az xəbər verir,  yazır ki, sənətçi klipin çəkilişi üçün Monteneqroya üz tutub və layihə üç gün ərzində lentə alınıb.

Söz və musiqisi Miroya aid olan “Unuduram”ın rejissoru Fərman Bəşirlidir. Sözügedən mahnının miks və masterinqini Nihad Məlikov edib.

Qeyd edək ki, “Unuduram” Hissin yeni albomu “Mars”ın ilk mahnısıdır. Bir neçə gün sonra ictimaiyyətə “Mars” adlı trek də təqdim olunacaq. Noyabrda isə albomdakı digər beş bəstə musiqi platformalarında yayımlanacaq.