» » Sevgilisinin 11 yaş böyük olması müzakirələrə səbəb oldu - Foto

Sevgilisinin 11 yaş böyük olması müzakirələrə səbəb oldu - Foto


Amerikalı 20 yaşlı məşhur müğənni Billi Ayliş yeni münasibətə başlayıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ifaçı “The Neighborhood” rok qrupunun solisti Cessi Ruterfordla eşq yaşayır. Cütlük bu yaxınlarda Kaliforniyadakı restoranların birindəm çıxarkən paparatsilərin hədəfinə tuş gəlib.

Aylişin sevgilisindən 11 yaş kiçik olması sosial şəbəkədə müzakirə mövzusuna çevrilib. Bəzi izləyicilər onları qınayaraq, bunun düzgün olmadığını qeyd ediblər.