» » “İlhamənin ağlına da gəlməzdi ki, onun haqqında danışım”

“İlhamənin ağlına da gəlməzdi ki, onun haqqında danışım”


“Onu bir dəfə ziyarət etmişəm. Dəfələrlə yuxuda gördüm. Özü də əsəbi, günahkar kimi görünürdü. Dedi ki, Nazpəri, haqqını halal et. Oyandım, onun adına yasin oxudum. Bir müddət sonra ziyarət etməyə getdim. Yaxşı qadın, gözəl sənətkar idi".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva qalmaqal yaşadığı, mərhum Xalq artisti İlhamə Quliyeva haqqında deyib. Müğənni "Zaurla Günaydın" proqramında bunla bağlı etiraflar edib:

"İlhamənin ağlına da gəlməzdi ki, onun haqqında nəsə danışım. Mən isə üzə tərifləyən adam deyiləm. Onun mahnılarını evdə zümzümə etmişəm, amma yazdırmamışam. “Yandım, elə yandım”ı sevirdim. Böyük məmnuniyyətlə ifa edərdim. Amma istəmədim.

Çünki kim mahnısını oxuyurdu, bir bəzək-düzək edirdi. O, vəfat edəndə mətbuatdan zəng etdilər, dedilər ki, İlhamə xanım dünyasını dəyişib, nə deyə bilərsiniz? Cavab verdim ki, düşünürəm, əgər İlhamə Quliyeva vəfat edibsə, deməli biz də ölə bilərik”.

Qeyd edək ki, mərhum İlhamə Quliyeva həmkarı Nazpəri Dostəliyevanın onu efirdə parodiya etməsinə qəzəblənərək məhkəməyə vermişdi. O, iddia ərizəsində şərəf və ləyaqətinin alçaldıldığını, işgüzar nüfuzuna xələl gətirildiyini bildirmişdi.