» » Şəhidin bacısı əməliyyatdan üç gün sonra vəfat etdi

Şəhidin bacısı əməliyyatdan üç gün sonra VƏFAT ETDİ


Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbəsi əməliyyatdan üç gün sonra vəfat edib.

starxeber.az apa-ya istinadən xəbər verir ki, Şəmkir rayon Ağlavaşlı kənd sakini Rühəngiz Məhərrəmova bu gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında dünyasını dəyişib.

Əməliyyat həyata keçirən cərrah Rövşən Xəlilzadə bildirib ki, R. Məhərrəmova oktyabrın 19-da beyin əməliyyatı olunub. Bu gün isə qəfildən halı pisləşib. Bildirilib ki, tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, R. Məhərrəmova İkinci Qarabağ Müharibəsində şəhid olmuş Qurban Qəzənfərlinin bacısıdır.