» » Semyon Peqov Ukraynada yaralandı

Semyon Peqov Ukraynada yaralandı


Hərbi müxbiri Semyon Peqov ayağından yaralanıb.

starxeber.az xəbər verir ki, o, mina partlaması  nəticəsində qəlpə yarası alıb.

semyon peqov Donetskin Respublika Travma Mərkəzinə (RTU) yerləşdirilib. 

"Onun mina partlayıcısı xəsarəti var, ayağı zədələnib", - RTU bildirib.

Onlar əlavə ediblər ki, jurnalist yaxın saatlarda əməliyyat olunacaq. Onun vəziyyəti orta ağır qiymətləndirilir. 

 

Xatırladaq ki, Qarabağ müharibəsi zamanı cəbhədən təxribat xarakterli məlumatlar yayan Semyon Peqovla bağlı Azərbaycanın Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.Baş Prokurorluq tərəfindən qeyd edilən şəxsin vətəndaşı olduğu ölkənin səlahiyyətli qurumlarına hüquqi yardım haqqında sorğu göndərilib.