» » "Qadını pis yola çəkən kişidir" - Aydın Kazımzadə

"Qadını pis yola çəkən kişidir" - Aydın Kazımzadə


"Qadını xoşbəxt etmək çətin deyil, onlar diqqət istəyir. Öz ananı sevdiyin kimi həmin qadını istəsən, o sənin hər zaman qulluğunda hazır olacaq".

Axşam.az xəbər verir ki, bu sözləri görkəmli kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə "Açıq söhbət" verilişində deyib. O, ailədə yaranan problemlərə görə kişiləri günahlandırıb:

"Bəylər evlənənə qədər qadının arxasınca sürünür, ailə qurduqdan sonra diqqət azalır. Günah qadında deyil.

Qadını pis yola çəkən kişidir. Kişilər kişi olsalar, qadınlarımız pis yola getməzlər".