» » Koronavirusla bağlı şok xəbərdarlıq: Noyabrdan etibarən...

Koronavirusla bağlı şok xəbərdarlıq: Noyabrdan etibarən...


Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi (ECDC) bildirir ki, noyabrın ortalarından dekabrın əvvəlinə qədər Avropa İttifaqında COVID-19 virusunun Omikron variantı - BQ.1 dominant ştamm olacaq.

COVID-19-un Omikron variantının BQ.1 adlı alt versiyası ilə bağlı ECDC-dən yazılı açıqlama verilib.


Sözügedən növlərin noyabrın ortalarından dekabrın əvvəlinə kimi Aİ-də dominantlığa çevriləcəyi bildirilən açıqlamada qeyd olunur ki, Asiyada aparılan ilkin laboratoriya tədqiqatları BQ.1-in immun sisteminin reaksiyasından əhəmiyyətli dərəcədə yayınma qabiliyyətinə malik olduğunu göstərib.
 
///teleqraf.com