» » Sumqayıtlı idmançılar festivalda uğurla çıxış ediblər

Sumqayıtlı idmançılar festivalda uğurla çıxış ediblər


Oktyabrın 21-23-də Bakı İdman Sarayında Müstəqilliyin Bərpası Gününə həsr olunmuş Şərq əlbəyaxa döyüş növləri festivalı keçirilib.

starxeber.az xəbər verir ki, “Arpaçay” İdman Birliyinin təşkilatçılığı ilə təşkil edilən festivalda 14 idman növü üzrə federasiyalar, ictimai birlik və klubların üzvləri iştirak edib. 
Yarışda sumqayıtlı idmançısı Hacıyev Elşad Suliddin oğlu (77 kiloqram) ikinci və onun tələbəsi Salahov Nəsib Vaqif oğlu (25 kiloqram) üçüncü yerlərə sahib olublar.

Qeyd edək ki, yarışda ümumilikdə iki minə yaxın 18 yaşa qədər yeniyetmə və gəncin iştirakı planlaşdırılmışdı.