» » Azərbaycanda bayrağımızın rənglərində süpürgə satışa çıxarıldı

Azərbaycanda bayrağımızın rənglərində süpürgə satışa çıxarıldı


Sosial şəbəkələrdə İsmayıllı rayonunda Azərbaycan bayrağının rəngləri ilə boyanmış süpürgənin satılması tənqidlərə səbəb olub.

Daxili İşlər Nazirliyi baş vermiş hadisəyə reaksiya verib. Nazirliyin Mətbuat Xidmətinin regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, İsmayıllı rayonunda bayraq rənglərinin əks olunduğu süpürgənin satıldığı ünvan müəyyən olunub.

Hazırda İsmayıllı RPŞ-də araşdırmalar davam etdirilir.