» » “Zəfər” konsertində Seyran coşqusu

“Zəfər” konsertində Seyran coşqusu


Oktyabr ayından start götürən "Ethno Mystic" layihəsi Almaniyanın bir sıra şəhərlərində möhtəşəm turne proqramı ilə davam edir. 

starxeber.az xəbər verir ki,  Almaniyada yaşayan azərbaycanlı müğənni Seyran İsmayılxanov və tanınmış musiqiçi Anna Gold layihə çərçivəsində Köln şəhərində konsert  proqramı ilə çıxış ediblər.

23 oktyabr Zəfər bayramına həsr olunmuş konsertində sənətçilər alqışlarla qarşılanıb.

İki saat yarımlıq konsertdə Seyran və Annanın çıxışı, sevilən mahnıların ifası, balet  rəqs qrupunun çılğın rəqsləri yadda qalıb.

Qeyd edək ki,  Köln şəhərində Azərbaycan Diaspora Komitəsinin təşkilatçılığı ilə Zəfər Günü tədbiri keçirilib. 
Növbəti konsert oktyabrın 28-də Leverkursendə baş tutacaq.