» » “Bizi təhqir edən Rusiya kanalları niyə ərazimizdə yayımlansın ki?”

“Bizi təhqir edən Rusiya kanalları niyə ərazimizdə yayımlansın ki?”


"Rusiya kanalları açiq formada bizim kabel televiziyalarında ilk sıralardadır. Məsələni kökündən həll edək, yayımları dayandırılsın".

Yenisabah.az xəbər verir ki, bunu teleaparıcı Amil Xəlil qeyd edib.

"Bunu otən illərdə Gürcüstan etdi. Bizi təhqir edən kanallar niyə ərazimizdə yayımlansın ki? 5-10 manata görə lazım deyil!!! Bu arada Günəşlidən və Badamdardan üzü Astaraya kimi İranın Azərbaycan dilində yayımlanan radiolarına da eyni dalğa ilə cavab verilməli və qarşısı alınmalıdır", - teleaparıcı bildirib.