» » Türkiyənin tanınmış modeli evtanaziya yolu ilə həyatına son qoydu

Türkiyənin tanınmış modeli evtanaziya yolu ilə həyatına son qoydu


90-cı illərin məşhur modellərindən olan Sinem Üretimmen vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən 51 yaşlı Sinem evtanaziya yolu ilə (sağalmaz xəstəlikdən əziyyət çəkən insanın öz istəyi ilə həyatdan məhrum edilməsi) dünyasını dəyişib.

O, xəstəlik bədəninə yayılaraq metastaz verdiyindən ağrılara dözə bilməyib.

Qeyd edək ki, keçmiş model 1971-ci ildə anadan olub. Sinem Üretimmen 1994-cü ildə çəkdiyi “Bir Payız Hekayəsi” filmi ilə tamaşaçıların qarşısına çıxıb. Həmçinin 1995-ci ildə “Zipçıktı", 1996-cı ildə “Sweet Crackers” və 1998-ci ildə “Hörümçək” seriallarında rol alıb.

Sinem Üretimmen iki qız anası olub.