» » Terrorçular Suriyada Türkiyə hərbçilərinə hücum etdi, 4 nəfər yaralandı

Terrorçular Suriyada Türkiyə hərbçilərinə hücum etdi, 4 nəfər yaralandı


Suriyanın şimalında PKK/YPG terror təşkilatının silahlıları Türkiyə Silahlı Qüvvələrinə məxsus bazalara hücum edib.
 
"STAR XƏBƏR" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində 4 nəfər yaralanıb. Hücumlar “Zeytun budağı” və “Fərat qalxanı” əməliyyatları bölgələrində baş verib.
 
Türkiyə MN-dən bildirilib ki, təsbit edilən hədəflərə artıqlaması ilə cavab verilir.//Sfera.az