» » DİQQƏT! TikTok bağlanır

DİQQƏT! TikTok bağlanır


ABŞ-nin Montana ştatında TikTok tətbiqi bloklanacaq.

OLAY yazır ki, Montana ştatında bununla bağlı qanun layihəsi hazırlanır.

Qanun layihəsi qəbul olunarsa, Montana ABŞ-də TikTok-u qadağan edən ilk ştat olacaq.

Buna səbəb kimi sosial şəbəkədə məlumatların təhlükəsizliyinin təmin edilməməsi göstərilib.

Qeyd edək ki, Ağ Ev ötən ay TikTok-un istifadəsini dövlət qurumlarında qadağan edib.