» » Edisin Bakı konsertinə 8 min bilet satılıb

Edisin Bakı konsertinə 8 min bilet satılıb


Edisin “Baku Crystall Hall”da baş tutacaq konsertinə biletlər sürətlə tükənməyə doğru gedir.

"STAR XƏBƏR" xəbər verir ki, 6 mayda keçiriləcək tədbirə artıq 8 mindən çox bilet satılıb. Edis dünya stadion turunun ilk konserti olacaq gecədə musiqiçiləri və rəqqasları ilə səhnəyə çıxacaq.

Bu barədə sənətçi türk mediasına müsahibəsində də danışıb:

“İlk dayanacağımız Azərbaycandır. Çox böyük bir məkanda səhnəyə çıxırıq. Orada konsert verən ilk türk müğənni mənəm”.

Qeyd edək ki, sənətçinin ön səhnəsində KÖFN qrupu da yer alacaq.

Onu da bildirək ki, Edisin ilk Bakı konserti anşlaqla keçmiş, 2 gün baş tutan şouya 7000 adam qatılmışdı.