» » Tanınmış model vəfat etmiş oğlunu yad etdi

Tanınmış model vəfat etmiş oğlunu yad etdi


Məşhur türkiyəli model Ebru Şallı 2020-ci ildə itirdiyi oğlu Pars haqqında yazı paylaşıb. 

Lent.az xəbər verir ki, Ebru Şallı mərhum oğlunun vəfatının 3-cü ildönümünü bu sözlərlə yad edib: 

“Sənsiz keçən daha bir il... O mələk üzün hər yerdədir, həmişə mənimlədir. Nur üzlü Ponçiğim”. 

Qeyd edək ki, Ebru Şallı Harun Tanla evliliyindən dünyaya gələn oğlu Pars Tanı 2020-ci il aprelin 16-da uzun müddət mübarizə apardığı lenfoma xəstəliyindən itirib.