» » Ərinin pedofil olduğunu ÖYRƏNDİ - Görün nə etdi?

Ərinin pedofil olduğunu ÖYRƏNDİ - Görün nə etdi?


Britaniyada qadın təmizlik işləri apararkən təsadüfən əri ilə bağlı şok həqiqəti öyrənib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Ann adlı qadın (əsl adı deyil) əri ilə ara-sıra yaşadığı mikroavtobusu təmizləyərkən bir neçə diskə rast gəlib.

O, maraqdan kompüterə birini taxıb və gördüklərindən məəttəl qalıb. İlk görüntüdə duşda çılpaq qız şəkilləri görüb.

20 ilə yaxın evli olduğu ərinin sirrini öyrənən Ann polisə xəbər verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları mikroavtobusda axtarış aparıb və çoxlu sayda belə şəkillərin əks olunduğu diskləri götürüblər. Amma polisləri ən çox şoka salan bu adamın 1000-dən çox uşaq şəklini saxlaması olub.

73 yaşlı kişi uşaqların çılpaq bədənlərinə baxmaqdan cinsi həzz aldığını etiraf etdikdən sonra saxlanılıb. Polis Donovanın cinayətlərinin 2002-ci ildən 2018-ci ilə qədər olduğunu müəyyən edib. Terens 16 ay həbs cəzasına məhkum edilib.