» » Bakıda biabırçılıq: Piyada keçidi var, nişanlar yoxdur - VİDEO

Bakıda biabırçılıq: Piyada keçidi var, nişanlar yoxdur - VİDEO


Bakının mərkəzi küçəsində hərəkətin təşkilində olan nöqsanla bağlı bir neçə oxucu redaksiyamızın qaynar xəttinə müraciət edib.

"STAR XƏBƏR" avtosfer.az-a istinadən xəbər verir ki, söhbət paytaxtın Mehdi Hüseyn küçəsindən gedir. Belə ki, piyadaların yolu digər istiqamətə keçməsi üçün alov qüllələrinin qarşısında nizamlanmayan piyada keçidi çəkilib, lakin müvafiq nişanlar qurşadırılmayıb. Bu səbəbdən günün qaranlıq saatlarında, həmçinin yağıntılı hava şəraitində piyada keçidinin mövcud olması görünmür.

Qeyd edək ki, nizamlanmayan piyada keçidini bildirən zebralar mütləq şəkildə müvafiq nişanlarla işarələnməlidir. “Yol hərəkəti haqqında” qanunun 5 saylı əlavəsində qeyd olunub ki, 1.14.1 və 1.14.2 nişanlanma xətti (zebra) 5.16.1 və 5.16.2 nişanları ilə işarələnmələdir. Əks halda hərəkət düzgün təşkil edilməmiş hesab olunur.