» » Azərbaycanda gəlinliklə basdırılan 17 yaşlı qızla bağlı ŞOK FAKTLAR

Azərbaycanda gəlinliklə basdırılan 17 yaşlı qızla bağlı ŞOK FAKTLAR


Bir neçə gün əvvəl Şəki Ağır Cinayətlər Məhkəməsində ötən ilin 5 noyabr tarixində Qax rayonunda 17 yaşlı bacısı Albina Papiaşvilini qətlə yetirməkdə ittiham olunan qardaşı 15 yaşlı Jora Papiaşvilinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az
-ın əldə etdiyi məlumata görə, Jora Papiaşvili köməksiz vəziyyətdə olan adamı xüsusi amansızlıqla qəsdən öldürməkdə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə prosesi zamanı bacı və qardaşla bağlı maraqlı faktlar üzə çıxıb. Məlum olub ki, onların atası vəfat etdikdən snonra anaları başqa şəxslə yaşamağa başlayıb və övladlarını evdən qovub. Bundan sonra uşaqlar müxtəlif ünvanlarda kirayədə yaşamağa başlayıblar. 

Məhkəmədə törətdiyi cinayətlə bağlı danışan 15 yaşlı Jora bildirib ki, bacısının həyat tərzinə görə onu öldürüb: “Atam 2016-cı ildə vəfat etdi. 2017-ci ildə anam T.Musayevlə qeyri-rəsmi nikaha daxil olaraq atama məxsus olan Qax rayonu, Xələftala kəndində yerləşən evdə yaşamağa başladı. Mənim özündən 2 yaş böyük olan Albina Papiaşvili adlı 1 bacım var. Anam Albina və məni pul qazanmadığımıza və maddi vəziyyəti çətin olduğuna görə evdən qovmuşdu. Bundan sonra nənəmin yanında və kirayə tutduğumuz evlərdə yaşamışıq. Albina Qaxda yerləşən “Şirin həyat” restoranında ofisiant işləməyə başlamışdı. Orada İbaxlı kəndindən olan şəxslə sevgili oldu. Daha sonra həmin şəxs Bakıya işləməyə getdi, Albina da onun ardınca Bakıya getdi və 10 gün Bakıda qalandan sonra geri qayıtdı. Daha sonra sevgilisi də yenidən Qaxa qayıtdı, onlar kirayə tutduğumuz evdə tez-tez görüşürdülər. Həmin vaxt məni müxtəlif bəhanələrlə parka göndərirdilər. Həmin şəxs demək olar hər gün bizə gəlirdi. Sonradan onların evdə nə işlə məşğul olduqlarını başa düşdüm. Hətta Albinanın hamilə qaldığını, sonra uşağı tələf etdiyini bildik. Bundan başqa Albina ilə eyni evdə qalan rəfiqəsinin də sevgilisini həmin evə gətirdiyi məlum oldu. Artıq Albinanın pozğun həyat şəraiti keçirdiyindən onu öldürmək qərarına gəlmişfim və buna görə də onun yatmağını gözləyib uyğun vaxt axtarırdım”.

J.Papiaşvili bildirib ki, noyabrın 5-də bacısı hamamdan çıxandan sonra yatıb. O, həmin vaxt bacısına hücum edib və ona yatdığı yerdə ağır xəsarətlər yetirərərk qətlə yetirib. 17 yaşlı bacısını öldürən yeniyetmə daha sonra nənəsigilin yaşadığı kəndə gedib. Orada qohumları Albinanı soruşduqda o, xəbəri olmadığını deyib. Daha sonra qohumları narahat olaraq Albinanın qaldığı evə gəliblər və Jora da onlarla birgə Qax şəhərinə qayıdıb. Burada qızın öldürüldüyü məlum olub və hər şeydən xəbərsiz kimi hərəkətlər edən yeniyetmə bacısının özünün öldürdüyünü deyib.

Qeyd edək ki, qətlə yetirilən qız gəlinlikdə dəfn edilmişdi. Həmin dəfn mərasimindən görüntüləri təqdim edirik.

Taleh BAĞIROV