» » Orxan Zeynallı ilə keçmiş "Dəyirman"çının birgə layihəsi - Onlar "Öz aramızdır" deyir...

Orxan Zeynallı ilə keçmiş "Dəyirman"çının birgə layihəsi - Onlar "Öz aramızdır" deyir...


14 mayda konsert verməyə hazırlaşan reper Orxan Zeynallı keçmiş “Dəyirman” qrupunun üzvü, hazırda Nyu-Yorkda yaşayan reper L-Mirlə duet oxuyub.

"STAR XƏBƏR" xəbər verir ki, “Öz aramızdır” adlı mahnı dijital platformalarda və Orxanın rəsmi youtube kanalında paylaşılıb. Uzun illərdir Azərbaycandan köçüb ABŞ-də yaşayan sənətçilər trekin sözlərini birgə yazıblar.

Musiqi isə Clavisə məxsusdur. Qeyd edək ki, reper ötənilki anşlaq konsertlərindən sonra yenidən Elektra Events Hallda səhnəyə çıxacaq.