» » Bəsti Sevdiyeva Türkiyədə vəfat edən ərinin ölüm səbəbini açıqladı

Bəsti Sevdiyeva Türkiyədə vəfat edən ərinin ölüm səbəbini açıqladı


Əməkdar artist Bəsdi Sevdiyevanın həyat yoldaşı Oqtay Türkiyədə vəfat edib.

Bəsti Sevdiyeva "STAR XƏBƏR"ə açıqlamasında həyat yoldaşının bu gecə cənazəsinin Bakıya gətiriləcəyini deyib:

"Həyat yoldaşım Türkiyədə dünyasını dəyişib. Əvvəl şəkər xəstəliyindən əziyyət çəkirdi. Ölümündən 20 gün əvvəl isə ciyərində problem aşkarlandı. Oğlum Türkiyəyə müalicəyə apardı. Ötən gecə Türkiyədə vəfat edib. Bu gecə nəşi gətiriləcək".