» » Güləşçimiz Əliabbas Rzazadə Avropa çempionu oldu

Güləşçimiz Əliabbas Rzazadə Avropa çempionu oldu


Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatında Azərbaycan millisi ilk medalını qazanıb.

"STAR XƏBƏR" xəbər verir ki, turnirdə 57 kiloqram çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə ilk görüşdə almaniyalı Horst Lerə “tuş”la qalib gəlib. Pəhləvanımız yarımfinalda italiyalı Simyone Piroddu ilə qarşılaşıb.

Gərgin keçən görüşdə 12:8 hesablı qələbə əldə edən Ə.Rzazadə finala yüksəlib. Təmsilçimiz həlledici görüşdə türk Süleyman Atlıyla üz-üzə gəlib. Rəqibini 12:2 hesabı ilə məğlub edən güləşçimiz ilk dəfə Avropa çempionu olub.