» » SON DƏQİQƏ! Azərbaycanda: sərt karantin rejimi iyulun 1-dək uzadıldı

SON DƏQİQƏ! Azərbaycanda: sərt karantin rejimi iyulun 1-dək uzadıldı


Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyulun 1-dək uzadılıb.

"STAR XƏBƏR"  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.


Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 iyul saat 06:00-dək uzadılıb.

Qeyd edək ki, bundan əvvəlki qərara əsasən, xüsusi karantin rejiminin müddəti mayın 1-dək uzadılmışdı.