» » Geyiminə görə Qətərdə etirazlara səbəb olan qız Bakıya gəlir

Geyiminə görə Qətərdə etirazlara səbəb olan qız Bakıya gəlir


"Miss Xorvatiya 2016" titulunun qalibi İvana Knoll Bakıya gəlməyə hazırlaşır.

"STAR XƏBƏR" xəbər verir ki, bu haqda model özü məlumat yayıb. O bildirib ki, 28-30 aprel tarixlərində Bakıda keçiriləcək "Formula" 1 Azərbaycan Qran Prisi üçün Azərbaycana gəlir. 

O bildirib ki, "Formula 1"in pərəstişkarıdır və onu canlı izləmək üçün həyəcanlanır. Xorvatiyalı modelin instaqramda 3,4 milyondan çox abunəçisi var.

Qeyd edək ki, İvana 2022-ci ildə Qətərdə keçirilən Dünya Kuboku zamanı məşhurlaşıb. O, açıq geyimdə matç izləməyə yollanıb. Mediada Qətərdə insanların onun ölkəyə gəlişinə qadağa qoyulmasını, həbs olunmasını tələb etdiyi yazılıb. İnsanlar hətta modelin matç izlənməyə buraxılmamasını istəyib.//axşam.az