» » Kılıçdaroğlu Ərdoğanı təhqir edib, böhtan atdığı üçün 105 min təzminat ödəyəcək

Kılıçdaroğlu Ərdoğanı təhqir edib, böhtan atdığı üçün 105 min təzminat ödəyəcək


CHP sədri Kamal Kılıçdaroğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana 105 min TL (9 200 AZN) təzminat ödəyəcək. 

Bu barədə Ərdoğanın vəkili Hüseyn Aydın məlumat verib.
Bildirilib ki, Ankara 38-ci Mülki Cəza Məhkəməsi Ərdoğana "xaricə qaçacaq" deyə böhtan atan Kamal Kılıçdaroğlunu bu böhtana görə 50 min TL, başqa çıxışında isə təhqir etdiyinə görə 55 min TL cəzaya məhkum edib.