» » Övladları üçün illik 3,2 milyon ödəyir

Övladları üçün illik 3,2 milyon ödəyir


Rusiyanın Xalq artisti Alla Puqaçovanın əkizləri İsraildə yerləşən Kral Süleyman məktəbində təhsil alır.


Axşam.az rus mətbuatına istinadən xəbər verir ki, bu, İsrailin ən bahalı özəl təhsil müəssisələrindən biridir.

Sənətçi oğul və qızı üçün illik 3 milyon 240 min rubl (təxminən 67 min 390 manat) ödəyir.

Qeyd edək ki, Puqaçova həyat yoldaşı, şoumen Maksim Qalkin və uşaqları ilə birlikdə Rusiyanın Ukraynaya hücümundan sonra İsrailə köçüb.