» » “3 dəfə pulsuz burun əməliyyatı etdirdim, üçü də uğursuz alındı” - Mənzurə

“3 dəfə pulsuz burun əməliyyatı etdirdim, üçü də uğursuz alındı” - Mənzurə


"Zamanında üç dəfə burnumu əməliyyat etdirmişəm. Amma çox peşmanam. Çünki heç zaman yekə burnum olmayıb. Ataların bir məsəli var "Palaza bürün, elnən sürün". Gördüm ki, hamı burnunu əməliyyat etdirir, mən də getdim. Əslində ehtiyac yox idi. Amma indi düşünürəm ki, üzgərmə əməliyyatına ehtiyacım var".

Bizim.media bildirir ki, bu sözləri müğənni Mənzurə Musayeva qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində deyib.

Burnunda üç dəfə uğursuz rinoplastika əməliyyatı keçirdiyini açıqlayan sənətçi cərrahi müdaxilələrini pulsuz etdirdiyini bildirib:

"Burnumu üç həkim bu hala salıb. Birinci dəfə əməliyyat etdirəndən sonra nəfəs ala bilmədim. İkinci əməliyyatım da uğursuz alındı. Həkim burnumu pis günə qoydu. Üçüncü dəfə də səhvləri düzəltmək üçün yenidən əməliyyat olundum. Heç zaman ucuz qiymətə əməliyyat olunmamışam.

Burnumu ölkəmizin "ən bərk gedən" həkimləri edib. Elə belə həkimlərə əməliyyat etdirməmişəm. Ola bilər ki, əməliyyatlarım pulsuz olub, bu səbəbdən uğursuz alınıb. Amma indi həmin həkimlərin reklamı çox güclüdür. Hərə öz əlinin qabiliyyətini nümayiş etdirir".