» » Həmidə Ömərova qonorardan ŞİKAYƏTLƏNDİ: "Onun aldığının beşdə birini mənə..."

Həmidə Ömərova qonorardan ŞİKAYƏTLƏNDİ: "Onun aldığının beşdə birini mənə..."


"Heç vaxt kaprizli aktrisa olmamışam. Mənim sadəlövhlüyümdən həmkarlarım çox istifadə ediblər".

"STAR XƏBƏR"  axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Həmidə Ömərova "Xoş gəldim" proqramında deyib. Aktrisa filmlərdən aldığı qonorarın azlığından şikayət edib:

"Deyirdilər ki, Həmidə, özümüzünküsən, bu qiymətə razı ol. Deyirdim, yaxşı. Amma Rusiyadan aktrisa çağırırdılar, yaxşı otelə yerləşdirib, yüksək qonorar verirdilər. Onu xarici ulduzu qarşılayan kimi qarşılayırdılar. Elə "Babamın babasının babası" filmində... Hətta həmin aktrisa universitetdə oxuyurdu. Onun aldığının beşdə birini mənə baş rola görə verirdilər".

H.Ömərova aktrisaların həyatından danışaraq "Sənət adamları tənhadır. Tənha olmasalar onlarda yaratma eşqi olmaz. Cəmiyyət tərəfindən başa düşülmürlər, onları başa düşmürlər. Sən yaradırsan, qiymət verilmirsə, pis olur. Sənətkarlıq içdən gəlir. Mənəvi, fiziki cəhətdən yorulmuşam. Amma düşünürəm ki, mən yaratmalıyam" sözlərini əlavə edib.