» » Aparıcı İsanın özəl günündə ulduz "yağış"ı -


ARB  telekanalında yayımlanan “Show News” verlişin layihə rəhbəri, aparıcısı və tanınmış jurnalist İsa Şükürovun doğum günü olub.

starxeber.az  xəbər verir ki, aparıcı ad günü partisi keçirib. Şəhər restoranların birində baş tutan gecədə Şükürov ağ kostyum geyinib.

Məşhur aparıcının xoş günündə şou-biznes və jurnalistika sahəsindən tanınmışlar onu tək buraxmayıb. Gecəyə qatılanlar arasında xalq artisti  Flora Kərimova, əməkdar artsitlər – Elza Seyidcahan, Rühəngiz Allahverdiyeva, müğənnilər- Səidə Sultan, Elnarə Xəlilova, dəb ikonası Nura Suri, Sevda Yəhyayeva, Aysun İsmayılova, Abdul Xalid, Sabina Selcan, Gülruh Nəcəfova, Fərid Şərifov, Mina Hüseyn, Zemfira İbrahimova, Sevinc Ağaşirinova, Səbinə Əskərova, Aytac Vidadiqızı, Aygün Mahmudova, rəqqasələr - Renka Ağamuradova, Aytən Əliyeva, ekstrasens Bayram Nurlu, prodüserlər – Tarix Əliyev, Mədinə Məlik, rejissor Kənan Mahmudov, hacı Nuran Hüseynov, eləcə də tanınmış jurnalistlər, stilistlər, tele-radio aparıcılar  və başqaları öz iştirakları ilə əziz bildikləri İsanın bu xoşünə ürəkdən sevindilər.

Tədbirdə ən xoş hadisəsi isə küsülü olan Elnarə Xəlilova ilə xalası qızı olan müğənni Minanın barışması olub. 
Maraqlı məqamları ilə yaddaqalan partidən foto görüntüləri təqdim edirik: