» » 2 övladı şəhid olan ata vəfat etdi

2 övladı şəhid olan ata VƏFAT ETDİ


Vətən müharibəsi şəhidləri Musa və Tural Həsənov qardaşlarının atası Tapdıq Həsənov vəfat edib.

T.Həsənov Mingəçevir şəhərində dünyasını dəyişib.

 

Qeyd edək ki, 2020-ci ildə 44 günlük müharibə zamanı Musa şəhid olduqdan bir neçə gün sonra Tural da Suqovuşan istiqamətində şəhid olub.