» » Bakıda 9 bala qədər seysmik zonalar... EKSPERTDƏN QORXUNC PROQNOZ

Bakıda 9 bala qədər seysmik zonalar... EKSPERTDƏN QORXUNC PROQNOZ


Ölkə ərazisindəki zəlzələ ocaqlarında aktivlik müşahidə olunur.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, son vaxtlar ölkəmizdə müxtəlif maqnitudalı zəlzələlərin sayı artıb. 4-6 bal gücündə olan təkanlar müxtəlif regionlarda hiss olunmaqla yanaşı, tikililərə də zərər vurub.

Geologiya və Geofizika İnstitiunun Seysmologiya və Seysmik Təhlükə şöbəsinin müdiri Qulam Babayev deyib ki, paytaxt ərazisində də 6-9 ballıq zonalar mövcuddur.
Qulam Babayev vurğulayıb ki, paytaxtın bəzi ərazilərində zəlzələ 9 bala qədər hiss oluna bilər. Bu da süxurların quruluşu və ocaqların dərinliyindən asılıdır. Sadaladığımız səbəblər həmin ərazilərı seysmik cəhətdən daha təhlükəli vəzıyyətə gətirir.