» » "Hiss burada özü ilə yarışır.." - VİDEO

"Hiss burada özü ilə yarışır.." - VİDEO


Müğənni Hiss dinləyicilərini yenidən sevindirib. 

"STAR XƏBƏR" xəbər verir ki, sənətçi "Biology" ("Biologiya") adlı yeni mahnısını və klipini təqdim edib. Sözləri və musiqisi Rafael və Elmin Təhməz qardaşlarına məxsus mahnın ekran həlli türkiyəli rejissor İsmail Eren Yalçına həvalə olunub. Bu, Hissin sözügedən heyyətlə sayca ikinci işbirliyidir. Çəkilişlər iyulda Antalyada edilib. İfaçı ekran işinin 20 saata çəkildiyini bildirib.

"Son günlərdə təqdim etdiyim mahnılar arasında ən sevdiyim bu işim oldu. Çünki sırf mənə yazılmış bir mahnıdır. Mahnı Hissin özündən, keçirdiyi hisslərdən bəhs edir",- deyə müğənni bildirib.

Qeyd edək ki, mahnı bütün musiqi platformalarında, klip isə sənətçinin "YouTube" kanalında yayımlanıb.