» » DİQQƏT! Polis bu qızla bağlı əhaliyə müraciət etdi

DİQQƏT! Polis bu qızla bağlı Əhaliyə Müraciət Etdi


Şəmkirdə itkin düşən şəxs axtarılır.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "STAR XƏBƏR"ə verilən məlumata görə, Şəmkir rayon Şiştəpə kənd sakini, 2002-ci il təvəllüdlü Elgün Əhmədova sentyabrın 15-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.


E. Əhmədovanın əlamətləri belədir: boyu 162 sm, saçları qara, gözləri şabalıdı və arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində çəhrayı rəngli hicablı don olub.


Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-305-28-02 şəhər, 050-341-05-58 və 070-270-00-02 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.