» » Qarabağda Rusiya sülhməramlıları həlak olub - SON DƏQİQƏ

Qarabağda Rusiya sülhməramlıları həlak olub - SON DƏQİQƏ


Qarabağda Rusiya sülhməramlılarının avtomobili atəşə tutulub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, sülhməramlılara məxsus avtomobil Canyataq kəndi yaxınlığındakı müşahidə məntəqəsindən qayıdarkən atəşə tutulub və hərbçilər həlak olub. 

“Rusiya və Azərbaycan istintaq orqanlarının nümayəndələri hadisənin bütün hallarını aydınlaşdırmaq üçün hadisə yerində işləyirlər” – açıqlamada bildirilir.