» » Azərbaycana payız gəldi

Azərbaycana payız gəldi


Azərbaycana payız fəsli daxil olub.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından 
"STAR XƏBƏR"ə verilən məlumata görə, payız fəsli Azərbaycana bu gün saat 10:49-da daxil olub.

Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçib və həmin andan Şimal yarımkürəsində payız fəsli, Cənub yarımkürəsində isə yaz fəsli başlayıb. Bu gün bütün coğrafi enliklərdə Günəş şüaları Yer səthinə perpendikulyar düşəcək və gündüzlə gecənin uzunluğu bərabərləşərək 12 saat olacaq.

Qeyd edək ki, Şimal yarımkürəsində payız fəsli dekabrın 22-nə qədər davam edəcək. Dekabrın 22-si saat 07:27-də qış fəsli payızı əvəz edəcək.