» » Kübra Əliyeva: Oğlum narkotikə qurşandığından maşını əlindən aldım

Kübra Əliyeva: Oğlum narkotikə qurşandığından maşını əlindən aldım


Kübra Əliyeva narkotik alüdəçiliyindən həbsxanada dünyasını dəyişən oğlundan söz açıb.

"STAR XƏBƏR" Bizim.Media-ya istinadla xəbər verir ki, Əməkdar artist “Elgizlə izlə” verilişində oğlunun sağaldəqdan sonra yenidən pis vərdişə meyl saldığını bildirib.

O, aldığı avtomobili bacısı oğlunun adına keçirib.

"Oğlum 46 yaşında nədən öldüyünü hamı bilir. Bu barədə danışmaq istəmirəm. Oğlum sağalmışdı, ona avtomobil aldım. 2003-cü illərə təsadüf edirdi. O vaxt başım qızıma Türkiyədə ev almağa qarışmışdı. Bakıya qayıdanda gördüm ki, oğlumun gözləri axır. Ona bir kəlimə dedim: "Get avtomobili keçirt bacım oğlu Mirzənin adına". Getdilər notariusa və maşını keçirtdilər onun adına", - deyə aktrisa vurğulayıb.

K. Əliyevanın dünyasını dəyişən oğlundan başqa daha bir oğlu və qızı var. Aktrisanın qızı uzun müddətdir ki, Türkiyədə yaşayır. Onun oğlu və qızı ailəlidir və bir neçə övladları var.