» » Murad Əzimzadə ATV-dən “Space”ə keçdi

Murad Əzimzadə ATV-dən “Space”ə keçdi


Aparıcı Murad Əzimzadə ATV kanalı ilə yollarını ayırıb.

"STAR XƏBƏR" xəbər verir ki, o, bu barədə sosial şəbəkədə bildirib. Murad yeni verilişinin anonsunu paylaşaraq digər kanalda aparıcılıq edəcəyini bildirib:

"ANS-dən sonra 7 ildən çox layihə rəhbəri və aparıcı olaraq çalışdığım ATV kanalı ilə yollarımız ayrıldı. ATV-də çalışdığım dönəmdə mənə doğma və əziz olan kollektivin hər bir şəxsinə təşəkkür edirəm. Nə yaxşı ki, yollarımız kəsişib! Yeni yolum isə "Space TV"də “Səhərin statusu” layihəsindən keçəcək".