» » Cəmil türk mediasını lərzəyə gətirir -


Türkiyədə “Azərbaycanın daha bir ünlü ismi” kampaniyası adı altında müğənni Cəmilin təbliğatı aparılır.

starxeber.az xəbər verir ki, ifaçının Türkiyədə yaradıcılıq fəaliyyətinə başlayacağını türkiyənin nüfuzlu "Gece Sosyetesi" jurnalı da təsdiqləyib. 

Güclü, təsirli və müxtəlif çalarlı səsə, orijinal ifaçılıq üslubuna malik olan Cəmil "Azərbaycanın pop musiqisinin şahzadəsi" kimi təqdim edilib. Məlumatda müğənninin yaxın günlərdə Türkiyə şou-biznesinə qatılacağı bildirilib: 

“Azərbaycanlı müğənni Cəmil “Yaxşı ki, varımsan mahnısı ilə Türkiyə şou-biznesinə qatılacaq”.

Həmçinin xəbərdə  Cəmilin səhnə fəaliyyətinin qısa tarixçəsi də yer alıb.