» » Müşfiq Dilarəni “Cin atı”na mindirəcək – VİDEO

Müşfiq Dilarəni “Cin atı”na mindirəcək – VİDEO


Bir çox məşhur filmin ssenari müəllifi olan Fariz Əliyev, kinosevərlər üçün yenidən iş başına keçib.

"STAR XƏBƏR" verir ki, 29 noyabr, “Nizami Kino Mərkəzi”ndə, Əməkdar artist Dilarə Əliyeva, Müşviq Şahverdiyev və Nərmin Xankişiyevanın baş rol aldğını “Cin atı” filminin Qala gecəsi baş tutacaq.

Belə ki, filmin ssenarisində bu dəfə Fariz Əliyevlə birgə, Əlibəy Məmmədli və Əcəmi Əsədullanın da əməyi var.

Həm komediyanın, həm də qorxu dolu anların birləşdiyi filmin maraqlı sujet xəti var.

“Sirkdə təlimçi işləyən Xilafə, alnına dəyən atın zərbəsindən huşunu itirir və ölüm ayağında həyat yoldaşı Ələşrəfdən xahiş edir ki “heç olmasa ilimi gözlə sonra evlən!” Ələşrəf söz verir, amma təbii ki, sözünün üzərində durmur. 40 gündən sonra Arifə adlı xanımla evlənir. Cin atına minən Xilafənin ruhu Ələşrəflə Arifəni toy gecəsi qovuşmağa imkan vermir. Qorxulu vəziyyətlərlə üzləşən bəylə gəlin kama çata bilmir. Bir birini əvəz edən nəfəs kəsici səhnələr qorxulu komediya filmini daha baxımlı edir”.

Qeyd edək ki, filmin quruluşçu rejissorları Kənan Zeynalov və İsmayıl Zeynalovdur.