» » “İslam Rzayevin Xatirəyə ehtiyacı olmayıb” - Xalq artistinin bacısı

“İslam Rzayevin Xatirəyə ehtiyacı olmayıb” - Xalq artistinin bacısı


"İslam Rzayev başqa cür insan idi, mənlə dərdləşirdi. Onu hər yerə aparırdım. Mənim mənəvi atam olub. İslam müəllim hər zaman arxamda dayanırdı. İki qavalı var idi, birini mənə verdi. Muğam Teatrında ona gecə keçirtdim. Onun haqqında kitab çap etdirmişdik. İslam müəllim rəhmətə gedəndən sonra nadir hallarda muğam oxudum". 

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam "O üz" proqramında deyib. SSR Xalq artisti, mərhum müğənni İslam Rzayevə həsr edilən verilişdə ifaçı müəllimindən danışıb. 

İ.Rzayevin bacısı qızı Arzu Şəmiyeva isə Xatirənin sözlərinə etiraz edib:

"İslam  müəllimin Xatirə xanımın yubiley keçirməsinə ehtiyacı olmayıb, ola da bilməzdi. Onun tələbə kimi İslam müəllimə ehtiyacı olub. Həmişə deyirdi ki, İslam müəllimin adına görə mənə hər yerdə yaşıl işıqdır. Dövlətimizə nə gəlib ki, Xatirə ona yubiley etsin. Dövlət onu hər şeylə təmin etmişdi. İslam Rzayev dövlətdən çox razı idi".