» » Almaz Ələsgərova: “O zamanlar anam oxuduğum mahnıları bəyənmirdi”

Almaz Ələsgərova: “O zamanlar anam oxuduğum mahnıları bəyənmirdi”


Əməkdar artist Almaz Ələsgərova açıqlaması ilə diqqət çəkib. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Gül kimi şou” verilişində bildirib ki, illər əvvəl anası onun oxuduğu mahnıları bəyənməyib. 

“Anam mənə deyirdi ki, Almaz, bu nə mahnılardır oxuyursan? Söyləyirdi ki, bəsdir belə mahnılar oxudun, ondansa Cahangir Cahangirovun, Tofiq Quliyevin mahnılarını oxu. Amma gəncikən cavan idim və istəyirdim “disco”, “pop” janrda mahnılar oxuyum.

O zamanlar anam da məni bəyənmirdi. Amma insan yaşa dola-dola görür ki, hər şey dəyişir. Hazırda mən sakit, duyğulu və kövrək mahnılar ifa etmək istəyirəm”, - deyə Almaz vurğulayıb.