» » Aysel Şükürün keçmiş həyat yoldaşı həbs olundu

Aysel Şükürün keçmiş həyat yoldaşı həbs olundu


Bloger Aysel Şükürovanın birinci həyat yoldaşı Elşən Əsgərli saxlanılıb.

Bu barədə bloger sosial şəbəkədə məlumat yayıb. O, sükan arxasında narkotikdən istifadəyə görə nəzarətə alınıb:

"Avqustda üstümə bıçaqla hücum çəkmişdi. Dəfələrlə demişdim ki, o, narkotikdən istifadə edir. Əslində bir dəfə müalicə almışdı və guya sağalmışdı. Ötən gün narkotikə görə saxlanılıb. İki ay həbs veriblər. Narkotikin təsirində avtomobil idarə edib. Onunla evləndiyim üçün səhv eləmişəm. Başıma oyunlar açıb. Üzülürəm ki, oğlum Uğurun belə atası var. Bir tərəfdən də başıma gətirdiklərinə görə sevinirəm. Bıçaqla hücuma görə isə bizim cinayət işimiz davam edir. Artıq ikinci dəfədir ki, narkotikə görə saxlanılır".