» » "Kanal-S"in aparıcısı Elyar Sadiqov qəzaya düşdü

"Kanal-S"in aparıcısı Elyar Sadiqov Qəzaya Düşdü


"Kanal-S"də yayımlanan "Xəbərin var?" verilişinin aparıcısı Elyar Sadiqov avtomobil qəzasına düşüb.

"STAR XƏBƏR" xəbər verir ki, bu haqda onun həmkarı İsa Şükürov məlumat verib.

Onun sözlərinə görə qəza, səhər saatlatında aparıcı işə gələrkən baş verib.

Daha sonra səhhəti haqda məlumat verən aparıcı, xəsarət almadığını, avtomobilinin isə yararsız hala düşdüyünü bildirib.