» » “O qadın mən deyiləm!” - Türkan Vəlizadə

“O qadın mən deyiləm!” - Türkan Vəlizadə


Müğənni Türkan Vəlizadə haqqında yayılan bəzi xəbərlərə reaksiya verib.

Türkan sosial şəbəkələrdə onun keçmiş və indiki fotolarını paylaşan səhifələrə şəkildəki qadının o olmadığını deyib: 

“Deməli belə neçə dəfələrlə açıqlama verdim ki, bu xanım mən deyiləm. Gördüm, sizin kimi Allahı tanımayan reytinq xatirinə özlərinə hörmət etməyənlər camaatın yoldaşının, qızının, bacısının şəklini dəfələrlə açıqlama verildiyi halda paylaşırsız! Bu xanımın qohumları mənə yazırlar hər dəfə ki, niyə paylaşırlar?Bax, buradan deyirəm, bu gündən bu xanımın şəklini kim, hansı səhifə paylaşşa, Allaha həvalə edirəm. Sonuncu dəfə deyirəm, bu, mən deyiləm”.