» » Gənc xanəndə ağır xəstəlikdən əziyyət çəkir

Gənc xanəndə ağır xəstəlikdən əziyyət çəkir


Gənc xanəndə Xəqani Niftəliyevin səhhətində problem yaranıb.

"STAR XƏBƏR" xəbər verir ki, bu haqda Əməkdar artist Babək Niftəliyev məlumat yayıb. O bildirib ki, Xəqani sirrozdan əziyyət çəkir və təcili əməliyyat olunmalıdır:

"Xəqani həm də əmim oğludur. Təcili qaraciyər köçürülməlidir. Sizlərin maddi dəstəyinizə və dualarınıza ehtiyacımız var. Azyaşlı körpəsi var".