» » Zamiqdən ilin son klipi...

Zamiqdən ilin son klipi...


Müğənni Zamiq Hüseynov “İcazə ver” adlı nəğməyə çəkdirdiyi klipini təqdim edib.

"STAR XƏBƏR" xəbər verir ki, bəstənin sözləri Orxan Qarabasma və Saybuya, musiqisi isə Emil Şahinə məxsusdur. 

Ekran işinin rejissorluğu yenə də Emin Muradova həvalə olunub. Klipdə iki sevən gəncin duyğusal eşqi və anları əks olunub. Zamiq sadə süjet xəttinə məxsus bu işinin də kifayət qədər uğurlu olacağının əminliyini bildirib. 

Qeyd edək ki, pop ulduzun “make-up”ı üzərində stilist Elnur Həsənov çalışıb. Klip ifaçının rəsmi  yutub kanalına yerləşdirilib.