» » TƏCİLİ XƏBƏR! Ölkədə taksi qiymətləri bahalaşdı

TƏCİLİ XƏBƏR! Ölkədə taksi qiymətləri bahalaşdı


Bu gündən “Bolt” taksi şirkəti gediş haqqını 10 faiz bahalaşdırıb.

"STAR XƏBƏR" xəbər verir ki, bu barədə “Bolt” taksi şirkətinin sürücüləri məlumat veriblər.

Bildiriblər ki, iki gündür şirkətdən onlara gediş haqqında 10 faiz artımın olacağı barədə bildiriş xarakterli sms gəlib. Bu gündən isə qiymət artımı tətbiq edilib.

“Bolt” Azərbaycan şirkəti taksilərdə 10 faiz qiymət artımının olduğunu təsdiqləyib. Şirkətdən bildirlib ki, hazırda 10 faiz qiymət artımı olub. Bu artım bütün sifarişlərə aiddir.

Xatırladaq ki, hazırda “Bolt” taksidə minimal gediş haqqı 2,50 AZN-dir.