» » Sevda ilk dəfə qızının üzünü göstərdi

Sevda ilk dəfə qızının üzünü göstərdi


Müğənni Sevda Yahyayeva ilk dəfə qızı Aylanın üzünü göstərib.

"STAR XƏBƏR" xəbər verir ki, sənətçi ailəvi fotolarını paylaşaraq qızının 1 yaşının tamam olduğunu bildirib. Müğənni hisslərini belə ifadə edib:

"Demək qismətdə mənim də övladımı təbrik etmək varmış. Bu gün üçün Allaha sonsuz təşəkkür edirəm. Mən sənlə sevginin yeni ünvanını tapa bildim. Səni sevirəm Aylam, 1 yaşın mübarək".

Qeyd edək ki, cütlüyün Aida adlı ikinci övladı da dünyaya gələcək.